Tələbələr üçün "BiznesdəSən" adlı
layihə həyata keçirilib

Tələbələr üçün    "BiznesdəSən" adlı 
layihə həyata keçirilib
  08 Oktyabr 2022    Oxunub:471
06-07 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dillər Universitetində "BiznesdəSən" Gənclərin startap təşəbbüslərinə dair toplantı adlı layihə həyata keçirilib.
AzVision.az xəbər verir ki, tədbiri giriş nitqiylə açan layihə rəhbəri Əsmər Əziz layihənin məqsəd və vəzifələrini iştirakçıların diqqətinə çatdırıb. O, qeyd edib ki, layihənin əsas məqsədi daha çox gənci startup haqqında məlumatlandırmaq, onlara öz biznes ideyalarını gerçəkləşdirmək üçün əlaqələrin qurulmasına dəstək göstərməkdir. Tədbirdə 150 nəfər tələbə-gənc iştirak edib.

Tədbirin təlimçisi bu sahə üzrə ixtisaslaşmış peşəkar təlimçi Orxan Şahbaz olub.


AzVision.az



Teqlər: Tələbə  





Xəbər lenti