"10 aya iki milyonluq satışımız olub"

“2019-ci il üzrə rekord göstəricimiz 1, 7 milyon olub. Artım onu göstərir ki, “ABAD”çıların istehsal etdiyi məhsulların satışına nail olmuşuq.
İdeyalar çoxdur. Reyestr aparırıq. Respublikanın hər bir yanından öz bizneslərinin qurulması üçün müraciət edirlər. 5 mindən artıq ideyalarımız var. Bunların hamısnın maliyyələşdirilməsi üzərində çalışırq.
Bilirsiniz ki, "ABAD" publik şəxs dövlət hesabına maliyyələşmir. Özünü maliyyələşdirmə psinsipi ilə fəaliyyət göstərir. Hər zaman çalışırıq ki, layihələri donorlarımıza təqdim edək. Bugün Paşa Holdinq və TİKA-nın(Türk əməkdaşlıq və inkişaf idarəsi) dəstəyi ilə fəaliyyət göstərir.
Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində 10 nəfər Nardaran sakini çalışır. Məqsəd ondan ibarətdir ki, həm keramika sənəti inkişaf etsin. Həm də gənclər arasında sənətkarlıq təbliğ olunsun.
541 “ABAD”çıya müxtəlif formada dəstək göstərmişik. Onlardan 300-ü aktiv ABAD”-çı kateoqriyasındadır. Onların məhsulları mütəmadı satışa çıxarılır və hesablarına pullar ödənilir”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: