“54 gün erməni mühasirəsində” adlı sənədli film nümayiş etdiriləcək

Filmin çəkilişləri Laçın və Kəlbəcər rayonlarında aparılıb.
Ekran əsərinin quruluşçu rejissorları Nadir Diridağlı və Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.
Film oktyabrın 31-də saat 21:30-da “Mədəniyyət” kanalında nümayiş etdiriləcək.
Xatırladaq ki, 1993-cü ilin mart ayının 31-dən may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalıblar.
Qeyd edək ki, müharibədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci il iyulun 2-də vəfat edib.
AzVision.az
Teqlər: