İcbari Tibbi Sığorta Fondu büdcədənkənar fonda çevriləcək

Dövlət büdcəsində transfert və ayrılmalar üzrə növbəti il üzrə proqnozlaşdırılan əhəmiyyətli artım da əsasən, yeni büdcədənkənar fondun yaradılması və bu istiqamətdə 1 milyard 263 milyon 800 min manat vəsaitin nəzərdə tutulması ilə bağlıdır. Həmin fond üzrə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına 1 milyard 134 milyon 100 min manat, səhiyyə sahəsində dövlət proqramları və tədbirlərə isə 129 milyon 700 min manat proqnozlaşdırılıb.
Əvvəlki illərdə adıçəkilən xərclər əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı adı altında dövlət büdcəsinin xərclərinə daxil edilmişdi. Bu sahədə 2022-ci ildə gözlənilən icra 1 milyard 80 milyon 600 min manat təşkil edir.
AzVision.az
Teqlər: