Bu sözləri millət vəkili Azay Quliyev Soçidə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib. O bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin Putinlə keçirdiyi görüşdə bəyan etdiyi "Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışılacaq heç bir mövzu yoxdu" kimi prinsipal və dəyişməz mövqeyi toxunulmazlığını qorudu və Bəyanatda Qarabağla bağlı heç bir kəlmə yer almadı. Bu fakt Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha təsdiq etdi.
“Ən vacibi isə odur ki, Üçtərəfli Bəyanatı imzalayan Paşinyan Azəbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini bir daha qəbul etməyə məcbur edildi.
Bütövlükdə, gərginliyə baxmayaraq Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi. Bununla da, "Brüssel Danışıqlar Formatı" çərçivəsində ölkəmizin müəyyənləşdirdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün yeni imkanlar yarandı”,- Azay Quliyev qeyd edib.