Zakir Həsənov əmr imzaladı

Zakir Həsənov əmr imzaladı
  08 May 2014    Oxunub:1237
AzVision.az xəbər verir ki, müdafiə naziri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə şəxsi heyətin həvəsləndirilməsi haqqında əmr imzalayıb.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü bütün ölkəmizdə olduğu kimi Silahlı Qüvvələrdə də böyük təntənə ilə qeyd edilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Silahlı Qüvvələrdə döyüş hazırlığının yüksəldilməsində əldə etdikləri nailiyyətlərə, həmçinin vəzifə borclarını nümunəvi yerinə yetirdiklərinə görə fərqlənən şəxsi heyətin həvəsləndirilməsi məqsədilə əmr imzalayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti