Bu il 24 minə yaxın insanı it dişləyib

Cari ilin 9 ayı ərzində ümumilikdə 23716 nəfər it dişləməsi ilə müraciət edib ki, bunun da 4471 nəfəri Bakı şəhərinin payına düşür.
Bundan əlavə bu il 3909 nəfər pişik (Bakı şəhəri üzrə 1765), 420 nəfər siçovul (Bakı şəhəri üzrə 162), 504 nəfər isə digər heyvanlar (Bakı şəhəri üzrə 86) tərəfindən zədələnməyə məruz qalıb.
Nazirlikdən həmçinin bildirilib ki, 9 ay ərzində heyvan dişləmələrinə görə ölüm halı qeydə alınmayıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: