Narkotikə görə 7 il həbs cəzası verilmiş qadın bəraət alıb

İttiham olunan şəxs sonuncu dəfə Təhməz Astanəliyevin şikayəti üzrə Yasamal Rayon Polis İdarəsinə çağırılıb, həmin vaxt onun üzərindən narkotik vasitə aşkar olunduğu bildirilərək istintaqa cəlb olunub. Bundan başqa, şikayət ərizəsində Vüsal Astanəliyevin dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək Səadət Sadıqovanın atası tərəfindən tutdurulduğunu deməsi qeyd olunub. İş Bakı Apellyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi yenidən araşdırılıb.
Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi sübutları tədqiq edərək cinayət işinin düzgün araşdırılmadığı, təqsirləndirilən şəxsin günahsız olduğu qənaətinə gəlib. Qərara əsasən, Səadət Sadıqovaya bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Xatırladaq ki, S. Sadıqova Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 106,745 qram narkotik vasitə-heroin götürüldüyü bildirilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayət Məhkəməsi Səadət Sadıqovanı verilmiş ittihamla təqsirli bilərək 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.(APA)
AzVision.az
Teqlər: