DTX-dən əməliyyat: Saxlanılan nazir müavini istintaqa cəlb edildi - YENİLƏNİB

  DTX-dən əməliyyat:  Saxlanılan nazir müavini istintaqa cəlb edildi -  YENİLƏNİB
  01 Noyabr 2022    Oxunub:1710
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
AzVision.az -ın məlumata görə, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov və protokol şöbəsinin əməkdaşı Kamil Rzayev saxlanılıb. Hazırda əməliyyat davam edir. Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır.

Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı.

***
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.
Əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daha ətraflı məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti