Vəkil olmaq asanlaşır: Stajorluq institutu bərpa edilir

 Vəkil olmaq asanlaşır:  Stajorluq institutu bərpa edilir
  01 Noyabr 2022    Oxunub:758
““Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna hazırlanan dəyişiklər layihəsi bütün müddəaları əhatə edir. Hazırda layihə müvafiq qurumlarla razılaşdırılır. Təkliflər qəbul olunandan sonra ölkədə vəkillik fəaliyyəti daha da güclənəcək”.
Bunu AzVision.az -a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, dəyişiklik layihəsi Vəkillər Kollegiyasının statusundan tutmuş vəkilliyə qədər bütün sahələri əhatə edir:

“Vəkilliyə qəbulun asanlaşmasını istəyirik. Eyni zamanda dəyişiklikdə stajorluq institutunun bərpa edilməsi də qeyd edilib. Yəni məzun olduqdan sonra tələbələr bir il staj keçir, sonra vəkilliyə qəbul olunur. Qanunda intizam tənbehinin hüquqi müəyyənlik prinsipinə uyğun həllini tapmasını istərdik. Hansı pozuntuya görə hansı cəzasının verilməsi konkret qanunda əksini tapsın. Pərakəndəlik və subyektiv yanaşma olmasın.

“Məhkəmələr və hakimlik haqqında” qanunda bu mexanizm var. Biz onu bizim qanuna imprentasiya (red: uyğunlaşdırmaq) etmək istəyirik. Vəkillər Kollegiyasının orqanları, onların səlahiyyətləri ilə bağlı qanunda nəzərdə tutulmamış, amma bizim üçün önəmli məsələlər, vəkil orderi və digərləri bağlı hazırlanan təkliflər qanunun bütün maddələrini əhatə edir”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti