Pensiyaçılar üçün yaşayış minimumu 199 manata çatacaq

Eyni zamanda Fond tərəfindən təqdim edilmiş digər məlumatda yuxarıda qeyd edilən öhdəlik üzrə göstəricilərin yalnız ümumi əsaslarla pensiya təyin edilmiş şəxslər üzrə formalaşdırıldığı, müvafiq proqram təminatının funksionallığının tam təşkil edilməməsi səbəbindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə öhdəliklərin həmin məbləğlərdə əks etdirilmədiyi bildirilib. Qeyd edək ki, Fondun büdcə potensialının qiymətləndirilməsi zamanı müəyyənləşdirilməsi zəruri hesab edilən faktorlardan biri də keçmiş dövrlər üzrə formalaşmış məcmu öhdəlikdir.
Lakin qeyd edilən məcmu göstəricilərin mərkəzləşmiş qaydada uçotunun aparılmaması Fond tərəfindən pensiya xərclərinin daha dərin əsaslılıq üzərindən deyil, makro səviyyədə yanaşmaların əsas götürülməsi, eləcə də risklərin minimallaşdırılması məqsədilə göstəricilərin baş verə biləcək daha yuxarı həddə olmaqla müəyyənləşdirilməsi yolu ilə proqnozlaşdırıldığını əks etdirir. Başqa sözlə, cari ilin I yarısında pensiya xərcinin (maddi yardım ilə birlikdə) proqnoz göstəricisinin 46,4%-ni təşkil etməsi, ilin II yarısında pensiya xərcində əlavə yüklülük yaradacaq halların gözlənilməsi yuxarıda qeyd edilən fikrin təsdiqi olaraq Fondun ehtiyatlı mövqedən çıxış etməklə göstəricilərin daha yuxarı həddə proqnozlaşdırdığını göstərir.
Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.
AzVision.az
Teqlər: