Azərbaycanda son 7 ildə 430 nəfər günahsız həbs edilib

  Azərbaycanda son 7 ildə    430 nəfər günahsız həbs edilib
  01 Noyabr 2022    Oxunub:1203
“2014-cü ildən 2021-ci ilə qədər Azərbaycanda 430 məhkuma bəraət verilib”. AzVision.az xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O bildirib ki, Azərbaycanda bəraət hökümlərinin verilməsinin geniş qrafikası yoxdur.

“Əgər bütövlükdə baxsaq, görərik ki, 2020-ci ildə Ali Məhkəmə tərəfindən 12 bəraət verilmişdisə, 2021-ci ildə bu rəqəm aşağı düşərək 7-i olub. 2014-cü ildən 2021-ci ilə qədər isə 430 bəraət verilib. Hakimlər Azərbaycanda bəraət hökmünün çıxarılmasında o qədər də həvəsli deyillər. Bunun bir sıra səsəbləri var. Onlar elə güman edir ki, bəraət hökmü çıxarılarsa, qurban tərəf protest verə bilər. Bundan çəkinirlər”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda iki hakim daha çox bəraət hökmü çıxardıb. Bunlardan biri hakim Ramin Qaraqurbanlı, digəri isə Zamin Tahirovdur.

“Birinci hakim 7 il ərzində 22, Zamin Tahirov isə bəraət hökmü çıxardıb. Avropa məhkəməsinin kompensasiya ilə bağlı konkret qərarları var. Bütün hallarda bunun hazırlanması qurban olan şəxs tərəfindən çox rahat şəkildə həyata keçirilə bilər.

Bəraət almış şəxs kompensasiya almaq hüququna malikdir. Kompensasiyanın dəyərini isə o özü müəyyənləşdirir. Mülki qaydada ortaya qoya bilər ki, ona mənəvi və maddi nə qədər ziyan dəyib. Eyni zamanda nəzərə alsaq ki, insan hüquq və azadlıqları ilə bağlı Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yuristisiyasındadır. Avropa məhkəməsində isə bununla bağlı konkret qərarlar var.

Son illər məhkəmə hüquq islahatları davam edir. Bu islahatlar şübhəsiz ki, bəraət hökümlərinin çıxarılması prosesinə də öz təsirini göstərəcək”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti