Şuşa və digər rayonlara istiliyin verilməsinə başlanılıb
Bu ərazilərdə ümumilikdə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.
Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq.
"Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.
AzVision.az
Teqlər: İstilik