9 il günahsız həbs yatan Aydın: " Dərmanları pis niyyətlə verməmişdim"

“2022-ci ilin oktyabrın 27-nə kimi müxtəlif qurumlara müraciət edilib. Şükürlər olsun ki, məhkəmə, prokurorluq sahəsində islahatlar keçirilib. Günahsız olduğumuz sübut olundu və mənə bəraət verildi”, - deyə Aydın Qəhrəmanov qeyd edib.
Xatırladaq ki, birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Aydın Qəhrəmanovun cinayət işi yenidən araşdırılıb. Ali Məhkəmənin qərarı ilə Aydın Qəhrəmanova bəraət verilib. O, 9 il 6 ay sonra sonra 62 yaşında məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
AzVision.az
Teqlər: