Azad edilən 5 rayonda avtomat metroloji stansiya quraşdırılacaq

   Azad edilən 5 rayonda avtomat metroloji stansiya quraşdırılacaq
  02 Noyabr 2022    Oxunub:751
"Ərazilərimizin 30 ildən sonra işğaldan azad edilməsi iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılması üçün yeni imkan yaradır".
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmin ərazilərin bərpası zamanı yaşıl kənd təsərrüfatının bərpası, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi, ekoloji təmiz texnologiyalardan istifadə dayanıqlı inkişafda mühüm rol oynayacaq:

"Yaşıl enerji zonalarının yaradılması və meşələrin bərpası iqlim dəyişmələrinin yumşaldılması hədəflərinə çatmağa imkan verəcək.Cari ilin sonuna qədər Şuşa, Zəngilan, Ağdam, Füzuli, Kəlbəcərdə 5 avtomat metroloji stansiyanın quraşdırılması nəzərdə tutulur. 30 il ərzində burada heç bir müşahidə aparılmayıb və orada baş verən təbiət hadisələrindən xəbərimiz yoxdur. İqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində prioritetlərdən biri də meşələrin bərpasıdır. Bu istiqamətdə ölkə boyu ağacəkmə aksiyaları həyata keçirilir və işğaldan azad edilmiş ərazilərdə də bu işlər davam etdirilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti