Anar Kərimov DTX-nin əməliyyatı zamanı işdə olmayıb

   Anar Kərimov DTX-nin əməliyyatı zamanı işdə olmayıb
  02 Noyabr 2022    Oxunub:1671
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.
Bunu AzVision.az-a nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.

“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”

O qeyd edib ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir.

"Çünki iş icrası təkcə inzibati binada olmur",- deyə N.Allahyarova bildirib.

Qeyd edək ki, DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev və nazirliyin Protokol şöbəsinin rəisi Kamil Rzayev istintaqa cəlb olunublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti