Qaribaşvili İlham Əliyevi ağsaqqal adlandırdı - Eldar Əzizov

"Bu xaricdə də qeyd edilir. Ötən ay mən Tbilisidə səfərdə olarkən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüş zamanı qonşu dövlətin rəhbəri görüş iştirakçılarına xitabən qısa vaxt ərzində iki dəfə Prezident İlham Əliyevin lider, ağsaqqal olduğunu xüsusi qeyd edib. Digər dövlət rəhbərinin Prezident İlham Əliyev haqqında işlətdiyi bu ifadə isə adi və sıradan olan məsələ deyildir”, - deyə E.Əzizov əlavə edib.
Tədbirdə qeyd edilib ki, bu kitab nəinki ölkəmizdə, eləcə də post-sovet məkanında Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olub.
Müzakirələr zamanı bildirilib ki, bu kitab artıq Azərbaycan, rus və türk dillərində dərc olunub, hazırda ingilis dilində nəşrlə bağlı işlər başa çatmaq üzrədir.
AzVision.az
Teqlər: