Putin azərbaycanlı jurnalisti mükafatlandırdı

Putin azərbaycanlı jurnalisti mükafatlandırdı
  08 May 2014    Oxunub:1406
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalisti mükafatlandırıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, mükafatlar Krımda baş verən hadisələri obyektiv işıqlandıran və yüksək peşəkarlıq nümayiş etdirən jurnalistlərə təqdim olunub. Mükafat alanlar arasında “Birinci kanal”ın aparıcsı İradə Zeynalova da var. O, 1-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.

Rusiya mediası Putinin mükafatlandırdığı 300-ə qədər jurnalist arasında müxalif mövqeyi ilə seçilən jurnalistlərin adının olmadığını vurğulayıb. Belə ki, “Dojd” telekanalı və “Exo Moskvı” radiosunun əməkdaşları mükafatdan kənar qalıblar.


Teqlər:





Xəbər lenti