"Mingəçevir" SES SSRİ-dən qalan ən səmərəsiz stansiyadır - Elnur Soltanov

   "Mingəçevir" SES SSRİ-dən qalan ən səmərəsiz stansiyadır -    Elnur Soltanov
  02 Noyabr 2022    Oxunub:953
"Azərbaycan” İstilik Elektrik Stansiyasında modernizasiya işlərinin qarşıdakı iki il ərzində həyata keçirilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, modernizasiya işləri istixana qazlarının kifayət qədər azaldılmasına təsir edəcək:

"Enerji istehsalı sahəsində ciddi addımlar atılır. Qeyri-effektiv stansiyaların daha effektiv stansiyalarla əvəzlənməsi buna nümunədir. Mingəçevrdə Azərbaycanın ən böyük su elektrik stansiyası yerləşir və orada istehsal edilən enerjinin 95 faizi təbii qazla əldə edilir. Bu stansiya 2400 meqavat gücündədir və SSRİ zamanından qalan ən səmərəsiz stansiyalardan biridir. Onun modernləşməsi istiqamətində bir neçə yüz milyon təbii qaza qəanet edilməsi hədəflənir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti