Aysel Fərziyeva AQTA-dan çıxdı

   Aysel Fərziyeva AQTA-dan çıxdı
  02 Noyabr 2022    Oxunub:750
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə o özü deyib.

"Öz xahişimlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində tutduğum vəzifədən ayrıldım.
10 illik jurnalist fəaliyyətimin son 4 ili AQTA ilə bağlı oldu. Bu müddətdə AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri, AQTİ-PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, Agentlik sədrinin media məsələləri üzrə köməkçisi, mətbuat katibi kimi fəaliyyət göstərdim.

Eyni zamanda qurumun müxtəlif telekanallarda yayımlanan verilişlərinin layihə rəhbəri və aparıcısı, elmi-kütləvi jurnalının baş redaktoru oldum. Yeni yaranan, gənc bir qurumun müsbət imicinin formalaşması, düzgün kommunikasiyanın qurulması, media ilə əlaqələrinin inkişafı üçün əlimdən gələni etməyə çalışdım. İctimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, həmçinin dövlət qurumunda idarətmə sahəsində uzunmüddətli iş təcrübəsi əldə etdim. Ən əsası, bu dövrdə peşəkar komanda ilə işləmək imkanı və əvəzsiz dostlar qazandım.

Bu illər ərzində fəaliyyətimin uğurlu olmasında dəstək göstərən AQTA rəhbərliyinə, birlikdə çalışdığım komandamıza və jurnalist həmkarlarıma təşəkkür edirəm".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti