"Güney Azərbaycan Sizin arxanızdadır, cənab Prezident!" - İran küçələrində İlham Əliyevin şəkilləri

 "Güney Azərbaycan Sizin arxanızdadır, cənab Prezident!" -  İran küçələrində İlham Əliyevin şəkilləri
  02 Noyabr 2022    Oxunub:2366
Güney Azərbaycanın bütün şəhərlərində divarlara Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və üzərinə "Güney Azərbaycan Sizin arxanızdadır, cənab Prezident!" yazılmış plakatlar vurulub.
AzVision.az xəbər verir ki, bununla bağlı "Azad İran" və Azərbaycan Televiziyasının rəsmi feysbuk hesabında da paylaşım edilib.

Qeyd edək ki, son günlər Azərbaycan və İran arasında münasibətlər gərginləşib. GBunun fonunda güneyli Azərbaycanlılar Prezident İlham Əliyevə dəstəklərini müxtəlif formada göstərirlər.

Xatırladaq ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib . Bu barədə DTX-dən bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti