"Nazirliyin əməkdaşı" saxta profillə vətəndaşları aldatdı - VİDEO

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb.
Müəyyən edilib ki, Vüqar Əhmədov “Facebook”da “Həsən Ağayev” və digər saxta profillər yaradaq orada qeyd edilən dövlət qurumunun əməkdaşı olduğu barədə informasiyalar yerləşdirib. Daha sonra ƏƏSMN-in rəsmi səhifəsinin şərh bölməsinə yazan vətəndaşlarla əlaqə yaradaraq onların müraciətlərini qısa zamanda həll edəcəyi barədə yalan vədlər verib. Vüqar Əhmədov bunun müqabilində zərərçəkənlərdən onun kartına müxtəlif məbləğlərdə maddi vəsasitin köçürülməsini tələb edib. Həmin vəsaitləri əldə edəndən sonra isə zərərçəkənlərin onunla bir daha əlaqə yaratmaması üçün mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb.
Faktla bağlı dələduzluq ittihamı ilə cinayət işi başlanılıb. Vüqar Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, BMCMİ-ə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: