İflic, parkinson, dalağın zədələnməsi - Sağalmaz xəstəlikdən əziyyət çəkən ulduzlar

   İflic, parkinson, dalağın zədələnməsi -    Sağalmaz xəstəlikdən əziyyət çəkən ulduzlar
  02 Noyabr 2022    Oxunub:969
Ulduzları səhnədə görəndə düşünürük ki, bu insanlar heç vaxt dərd-qəm çəkmir, dünyanın xoşbəxtidirlər. Di gəl ki, reallıq başqadır. Onlar da digərləri kimi həm mənəvi, həm də cismanı ağrılardan əziyyət çəkirlər.
2019-cu ildə sirli avstraliyalı müğənni Sia gözlənilmədən davamlı ağrılarla yaşadığını etiraf edib. O, Elers-Danlos sindromundan əziyyət çəkdiyini bildirib. Bu xəstəlik zamanı oynaqlar ağrıyır, dəri dartılır və bədəndəki yaralar gec sağalır. Sənətçi xəstəliyə qalib gələ bilmir, ancaq onunla yaşamağı və bundan əziyyət çəkənlərə dəstək olmağı öyrənir.



Ledi Qaqa isə dəri vərəmindən əziyyət çəkir. Bu, birləşdirici toxumaların iltihabı ilə müşayiət olunan bir xəstəlikdir. Bundan başqa, müğənni daim qızdırma, üzündə səpkilər və əzələ ağrıları ilə üzləşir. Sənətçi etiraf edib ki, o, xəstəliklə yaşamağı öyrənib, lakin ümid edir ki, bir gün elm adamları qırmızı qızartıdan qurtulmağın yolunu tapacaqlar.



"Gələcəyə qayıdış"ın ulduzu Maykl Cey Foks artıq bir müddətdir ki, parkinson xəstəliyi ilə mübarizə aparır. Bu onu karyerasını dayandırmağa məcbur edib. Çünki xəstəlik nitqinə, yaddaşına təsir edir və normal yuxuya mane olur. Maykl xəstəlik qarşısında özünü aciz hiss edib və xilas yolunu içkidə tapıb. Xoşbəxtlikdən aktyorun həyat yoldaşı ona asılılığını aradan qaldırmağa və terapiyaya başlamağa kömək edib. İndi Maykl parkinson xəstəliyi ilə bağlı tədqiqatlara fəal şəkildə sərmayə qoyur, bu xəstəlikdən əziyyət çəkənlərə kömək edən öz fondunu təsis edir.



Castin Biber isə iki xəstəliyin daşıyıcısıdır. 2020-ci ildə ona bədəndə daimi iltihaba səbəb olan Layma xəstəliyi diaqnozu qoyulub. Bir müddət sonra isə ikinci xəstəliyi olan İnfeksion mononükleozla qarşılaşıb. Bu, kəskin virus xəstəliyidir, hərarətin yüksəlməsi, farenks, limfa düyünləri, qaraciyər, dalağın zədələnməsi, qan tərkibində xarakterik dəyişikliklərlə müşahidə olunur. Layma xəstəliyi tez-tez əlilliyə gətirib çıxarır. Biber etiraf edib ki, bəzən həftələrlə yataqdan qalxa bilməyib. Onun 2022-ci ildə üzü iflic olub.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti