Pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq

   Pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq
  02 Noyabr 2022    Oxunub:728
"Bu gün koronavirusa qarşı müqavimətin artması kollektiv immunitetin formalaşması ilə bağlıdır. Bu, insanın xəstələnib sağalması, ya da vaksinasiya ilə əldə olunur".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda əhalinin təxminən 50 faizi vaksinasiyadan keçib, 800 mindən çoxu isə xəstələnib:

"Kollektiv immunitetin formalaşmasında əsas təsir edən faktor vaksinlərdir. Koronavirusun yeni mutasiya olunmuş ştammları meydana gələ bilər. Virusun təkamülü baş verir. Bunun necə gedəcəyi məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələlərə baxılacaq və pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti