Bu xəstələrə verilən dərmanların sayı artırıldı

Bu xəstələrə verilən dərmanların sayı artırıldı
  02 Noyabr 2022    Oxunub:581
“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, “Pulmozim/Pulmozyme” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 109-a çatıb.

Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib. Qeyd edək ki, “Pulmozim/Pulmozyme” dərmanı kistik fibroz və bəzi xroniki ağciyər xəstəliklərinin müalicəsində istifadə edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti