"Tərtər işi” üzrə mühakimə edilən daha 7 nəfərin hökmü ləğv edilib

   "Tərtər işi” üzrə mühakimə edilən daha 7 nəfərin hökmü ləğv edilib
  02 Noyabr 2022    Oxunub:683
"Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən daha 7 şəxsin hökmü ləğv edilib.
Bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən - Natiq Quluzadə, Nicad Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizade və Orxan Babayevin apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Qeyd edilib ki, Tərtər Hərbi Məhkəməsində 7 nəfərin hazırlıq iclasına baxılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti