DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxıb

   DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxıb
  03 Noyabr 2022    Oxunub:1045
Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.
AzVision.az Oxu.Az-a istinadən xəbər verir ki, nazir müavini hazırda vəzifəsini icra edir.

Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti