"Qarabağ Azərbaycan iqtisadiyyatının canlı parçasıdır" - Vüsal Qasımlı

   "Qarabağ Azərbaycan iqtisadiyyatının canlı parçasıdır" -    Vüsal Qasımlı
  03 Noyabr 2022    Oxunub:773
Azərbaycanın Ümumdaxili Məhsulunun (ÜDM) 3 faizi, qeyri- neft sektorunda isə 5,1 faizi işğaldan azad edilmiş ərazilərdə uzun müddətli dönəmdə istehsal olunacaq.
AzVision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzin icraçı direktoru Vüsal Qasımlı “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt quruculuğu modeli” mövzusunda konfransda çıxışı zamanı deyib. O bildirib ki, Qarabağ Azərbaycan iqtisadiyyatının canlı parçasıdır:

"İşğaldan azad edilmiş rayonların ölkənin iqtisadiyyatına kənd təsərrüfatı üzrə 10,4 faiz, mədənçıxarma sənayesi 5,3 faiz, emal sənayesi üzrə 4,3 faiz, turizm üzrə 5,5 faiz, nəqliyyat xidmətləri üzrə 4,9 faiz ,digər xidmət sahələri üzrə 1,4 faiz uzunmüddətli təsirləri gözlənilir.

Uzunmüddətli perspektivdə bu təsirlərin həcminin daha da böyük olması istisna edilmir. Təsirlərin qiymətləndirilməsində kənd təsərrüfatı, dağ-mədən və turizm sektorunda gözlənilən artımlar nəzərə alınıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti