Ağdam və Füzulidə iki mərkəzi xəstəxana tikilir

   Ağdam və Füzulidə iki mərkəzi xəstəxana tikilir
  03 Noyabr 2022    Oxunub:913
Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq.
AzVision.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, Qarabağ iqtisadi rayonunda yaşayış binalarının tikilməsinə başlanılıb:

"Ağdam və Füzulidə Zəfər və açıq hava altında işğal muzeyləri olacaq. Hazırda Füzuli Mərkəzi Bankı və Ağdam meşə parkının müfəssəl layihə planının hazırlanmasına başlanılıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti