Pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır

   Pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır
  03 Noyabr 2022    Oxunub:1245
Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
AzVision.az -ın xəbərinə görə, “Əmək pensiyaları haqqında” qanunda təklif olunan dəyişikliyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Layihənin qeyd hissəsində göstərilib ki, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

AzVision.az



Teqlər:





Xəbər lenti