Türkiyədə gəmiyə şəhid Səbuhinin adı verildi - VİDEO

 Türkiyədə gəmiyə şəhid Səbuhinin adı verildi -  VİDEO
  03 Noyabr 2022    Oxunub:1524
Palmali Şirkətlər Qrupunun daha bir gəmisi şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. Bu barədə azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov bildirib.
"Bu şəhidimizi xüsusi təqdim etməyə ehtiyac duymuram, çünki Səbuhini tanımayan insan yoxdur. Səbuhi və Sənan Əhmədov qardaşları uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və uşaq evlərindən birində böyüyüblər.

Səbuhi Əhmədov 2020-ci ildə Vətən müharibəsində əvvəldən sona qədər qəhrəmancasına savaşıb. “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 2022-ci ilin sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Bu gün mən şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng etdim və gəmiyə onun qardaşı Səbuhi Əhmədovun adının verilməsi xəbərini verdim, qardaşı Sənandan xeyir dua aldım. Şəhidimiz Səbuhi, qardaşı Sənan eyni zamanda, mənim qardaşlarımdır. Və mən qardaşımın, qardaşlarımın adını dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəm".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti