"Qarabağa köçənlərə sosial ödənişlər veriləcək və məşğulluq təmin ediləcək"

   "Qarabağa köçənlərə sosial ödənişlər veriləcək və məşğulluq təmin ediləcək"
  03 Noyabr 2022    Oxunub:732
Ağalı kəndinə köçən əhalinin 75 nəfəri işlə təmin olunub. Orada ilk "Smart DOST" məntəqəsi qurulub. Füzuli rayonun Dövlətyarlı kəndində də "Smart DOST" məntəqəsi yaradılacaq və məşğulluq təmin ediləcək.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib. O qeyd edib ki, Şuşada gələn ilin sonuna qədər "DOST" mərkəzlərinin tikintisi başa çatacaq: "Cəbrayılda regional DOST Mərkəzinin, Bərdə regional mərkəzi ilə yanaşı, Ağdam Füzuli və Tərtər rayonlarda DOST filiallarının yaradılması, Kəlbəcərdə reabilitasiya mərkəzlərinin tikilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş əraizlərə köçən əhaliyə sosial ödənişlər veriləcək və onların məşğulluğu təmin ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti