"Bizdə dərmanlar Türkiyədən 7-8 dəfə bahadır" - Deputat

Deputat Azərbaycanda süni qiymət artımı olduğunu bildirib:
"Sosial müdafiədən söhbət gedirsə, hamı pul almır. Bu da nəzərə alınmalıdır. Bizi narahat edən, əsasən, aztəminatlı təbəqədir. Bu təbəqəyə şərait yaratmaq lazımdır ki, ən azından özlərini gündəlik ərzaqla təmin edə bilsin. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Bu sahədə ciddi monitorinqlərə ehtiyac var. Necə olur ki, Türkiyədə olan dərman Azərbaycanda 7-8 dəfə baha satılır? Bu, əhalini ən çox narahat edən problemdir”.
Deputat bank faizlərinin də yüksək olduğunu diqqətə çatdırıb: “Sahibkarların əsas problemi kredit faizlərinin yüksək olmasıdır. Azərbaycanda niyə İnvestisiya Fondu yoxdur? Azərbaycanda investisiya fondları yaradılmalıdır, vəsaitlərdən istifadə etmək lazımdır. 20%-lə kredit verirlər. Bu, çox ciddi problemdir. Bank sahəsində digər ciddi problem girov məsələsidir. 5 il girov götürürlər. Bəs sahibkar 5 il nə etsin? Kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.
AzVision.az
Teqlər: