Bu il 42 nəfər yanğınlarda ölüb

   Bu il 42 nəfər yanğınlarda ölüb
  03 Noyabr 2022    Oxunub:1006
Azərbaycanda yanğın hadisələrinin sayı artıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, ötən il yanğına çıxışların sayı 13 010 olub.

Bu ilin 9 ayı ərzində isə bu rəqəm 14 369-dur. Bundan əlavə, 2021-ci ildə yanğınlar zamanı 24 insan təlafatı olub. 2022-ci ilin 9 ayında isə 42 nəfər yanğınlarda həyatını itirib.

Xəsarət alanların sayına gəldikdə isə burada da artım nəzərə çarpır. Belə ki, ötən il yanğınlar zamanı 104 nəfər xəsarət alıb. Bu il ərazində isə xəsarət alanların sayı 178-dir.

AzVision.az



Teqlər:





Xəbər lenti