Qəbələdə məktəb yanıb

   Qəbələdə məktəb yanıb
  03 Noyabr 2022    Oxunub:711
Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 26 m² olan sinif otağında döşəmə 10 m² sahədə yanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti