“Qarabağ”dan Avroliqaya vida

 “Qarabağ”dan Avroliqaya vida
  03 Noyabr 2022    Oxunub:2112
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda son matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edir. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matçdır. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) "Qarabağ" pley-offa yüksəlmək üçün bu dəfə qalib gəlməlidir. Təmsilçimiz bugünkü görüşdə qələbə qazanmadan da mərhələni adlaya bilər. Bunun üçün "Nant" "Olimpiakos"la Yunanıstanda keçiriləcək görüşdə xal itirməlidir.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.
***
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda üz-üzə gələcək “Qarabağ” və “Frayburq”un start heyətləri açıqlanıb.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

“Frayburq”: 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Kaytel, 18. Nils Petersen, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt

Ehtiyat oyunçular:1. Benyamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 17. Lukas Kübler, 22. Roland Şallai, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 32. Vinçentso Qrifo, 38. Mixael Qreqoriç, 42. Ritsu Doan

Baş məşqçi: Kristian Ştrayx

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
***
Matç başladı.
***
“Frayburq” hesabı açdı. Nils Petersen 25-ci dəqiqədə fərqləndi.

İkinci hissə başladı.
***
Marko Veşoviç, 54-cü dəqiqədə hesabı bərabərləşdirir.
***
Ofsayddan qol ləğv edildi.
***
Kevin Medina 61-ci dəqiqədə qırmızı vərəqə alır.
***
“Qarabağ” 90+1-ci dəqiqədə hesabı bərabərləşdirir. Kvabena Ovusu fərqlənir.
***
Oyun bitdi.
AzVision.az


Teqlər:



Xəbər lenti