İsrail MSK səsləri açıqladı: Netanyahu öndə

      İsrail MSK səsləri açıqladı:    Netanyahu öndə
  03 Noyabr 2022    Oxunub:682
İsrail Mərkəzi Seçki Komissiyası Knessetə (parlamentə) noyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin yekun nəticələrini açıqlayıb.
AzVision.az xəbər verir ki, keçmiş baş nazir Binyamin Netanyahunun "Likud" partiyası 120 yerlik parlamentdə 32 yer alaraq birinci olub. Hazırkı baş nazir Yair Lapidin "Yeş Atid" partiyası 24 yeri qazanaaraq 2-ci olub.

Netanyahunun Likud partiyasının rəhbərlik etdiyi sağçı və dini qüvvələrin bloku birlikdə 64 mandat alır ki, bu da onlara hökumət koalisiyası yaratmaq imkanı verir.

İsraildə 2019-cu ildən bəri beşinci parlament seçkiləri çərşənbə axşamı keçirilib. Onların nəticələrinə əsasən 25-ci Knessetin tərkibi müəyyən edilib, bundan sonra hökumət koalisiyasının yaradılması proseduruna başlanılacaq.

Uğurlu olarsa, onun nəticələrinə görə yeni hökumət və baş nazir and içəcək. İyulun 1-də vəzifəsinin icrasına başlayan Nazirlər Kabinetinin hazırkı rəhbəri Yair Lapid yeni baş nazir and içənə qədər keçid hökumətinə rəhbərlik edəcək.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:





Xəbər lenti