BDU tələbələrindən Zəfər trendi
Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor və müəllim heyəti rəhbərlik edir. Marafon üzvləri sosial şəbəkə ( Tvitter, İnstaqram, Feysbuk ) üzərindən konkret həşteqlərlə müxtəlif ölkələrin gündəminə düşüb, dünyaya Azərbaycanın qələbə səsini çatdırmağa çalışacaq.
Noyabrın 6, 7, 8-i tarixlərində platformanın üzvləri həmrəylik sərgiləyərək sosial şəbəkələrdə aşağıdakı həşteqlərlə paylaşımlar edəcək:
1. #Zəfərinamdanbaşlayır
2. #Zəfərfədakarlıqlaqazanılır
3. #Zəfərqorumaqlayaşadılır
Platformanın üzvləri bütün gəncləri sosial şəbəkələrdə fəallıq göstərməyə çağırır.
Gənclərin təşəbbüsü ilə təşkil edilən 3 günlük onlayn marafonun böyük maraq doğuracağı düşünülür. Sosial şəbəkələrin ingilis dili istifadəçiləri üçün aşağıdakı həşteqlərin əlavə edilməsi tövsiyə olunur:
#victoriousAzerbaijan
#Victoryday
#Trustinvictory
#Sacrifaceforvictory
#KarabakhisAzerbaijan
#8novemberisvictoryday
#VictorydayofAzerbaijan
#ShushaisAzerbaijan
#Azerbaijanitruths
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


