Lerik sakini qohumunu güllələdi

   Lerik sakini qohumunu güllələdi
  04 Noyabr 2022    Oxunub:1210
Lerik sakini ehtiyatsızlıqdan tüfənglə qohumunu yaralayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 2-də Lerik rayonunun Veri Əliabad qəsəbəsində yaşayan L.Rəhimov həyətində pnevmatik tüfənglə ehtiyatsız davrandığı üçün açılmış atəş nəticəsində qohumu T.Rəhimova xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti qənaətbəxşdir. Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən S.Rəhimovdan tüfəng götürülüb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti