Göyçayda yeniyetmə qızın nişan mərasiminin qarşısı alınıb

  Göyçayda yeniyetmə qızın nişan mərasiminin qarşısı alınıb
  04 Noyabr 2022    Oxunub:1116
Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ polis tərəfindən dərhal nəzarətə götürülüb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov AzVision.az -a bildirib ki, yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib.

"Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir".

AzVision.az


Teqlər:





Xəbər lenti