Səmadakı müdafiəçilərimiz - FOTOLAR

Səmadakı müdafiəçilərimiz - FOTOLAR
  14 Fevral 2013    Oxunub:12301
Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur. 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və o zamandan 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur.
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi.
2008-2010-cu illər ərzində HHQ-nin aviaparkı modernləşdirilib.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.
AzVision.az Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu qurumda təmsil olunan bütün hərbçiləri təbrik edir, aydın fəza arzulayır.

Qalereya




Teqlər:  





Xəbər lenti