Reynaldo Azərbaycan millisində

Reynaldo Azərbaycan millisində
  09 May 2014    Oxunub:1280
"Qarabağ"ın vuran ayağı Reynaldo Feysbuk sosial şəbəkəsində milli komandamızın formasında şəklini paylaşıb. Braziliyalı futbolçu bununla millimizdə oynamaq istəməsinə hazır olduğuna işarə edib.
Azərbaycana gəldiyi ilk vaxtlar yarımmüdafiəçi kimi çıxış edən, bombardirlik keyfiyyətləri nümayiş etdirdikdən sonra hücumçu ampluasında özünü göstərən braziliyalı mövsümün ən məhsuldar oyunçusu adına yaxın olmasından danışıb: “Çox qol vurmağa çalışıram. Qolların sayı çox olduqda komandamızın qələbə şansı da artıq olur. Mövsümün sonuna qədər də bu tempdə davam edəcəm. Əvvəlcə bombardir olmaq haqda düşünmürdüm. Ancaq indi şansım var”, -deyə Reynaldo bildirib. Qeyd edək ki, "Qarabağ" futbolçusunun aktivində 22 top var.(ans)


Teqlər:  





Xəbər lenti