Sabahdan 4 günlük bayram tətili başlayır

Sabahdan 4 günlük bayram tətili başlayır
  05 Noyabr 2022    Oxunub:741
Sabahdan Azərbaycanda dördgünlük bayram tətili başlayır.
AzVision.az xəbər verir ki, qeyri-iş günləri noyabrın 6-7-8-9-nu əhatə edəcək. Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq. Qeyd edək ki, növbəti iş günü noyabrın 10-da olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti