Aİ beynəlxalq ictimaiyyəti KXDR-ə qarşı tədbir görməyə çağırıb

Aİ beynəlxalq ictimaiyyəti KXDR-ə qarşı tədbir görməyə çağırıb
  05 Noyabr 2022    Oxunub:818
Avropa İttifaqı beynəlxalq ictimaiyyəti KXDR-in artan raket sınaqlarına koordinasiyalı şəkildə cavab verməyə çağırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin bəyanatında deyilir.

“KXDR-in hərəkətləri beynəlxalq ictimaiyyətdən qəti və vahid reaksiya tələb edir. Aİ BMT, ilk növbədə Təhlükəsizlik Şurasının bütün üzvlərini sanksiyaları tam şəkildə yerinə yetirməyə çağırır”, - Borel qeyd edib.

AzVision.az



Teqlər:   KXDR  





Xəbər lenti