Hamilə qadın Kürdəmir sakinidir. Qeyri-rəsmi nikahda yaşadığı əri oktyabrın 21-dən uşağa və xanıma mütəmadi şiddət göstərib. Qadın polisə şikayət etməsin deyə onu və qızını Masallıda kirayə qaldıqları evdə bağlı qapı arxasında saxlayırmış. Xanım noyabrın 3-də oradan qaçıb və Bakıya gəlib.
Hamilə qadın müayinə üçün dərhal xəstəxanaya yönləndirildi. Hamiləliyin17-ci həftəsindədir. Bu vaxta qədər həkim baxışı olmayıb.
Kişi narkotik aludəçisidir. Dünən 13 yaşlı qıza da təcili yardım çağırıldı, baxış keçirən həkimlər azyaşlının həm də onkoloji problemindən şübhələnirlər.
2011 ci ildə qızın qardaşı bu ərciyəzi bıçaqlayıb, amma şikayət olunmayıb. Bəlkə səbəb daha başqa cinayətlərlə bağlıdır?", -deyə K. Ağazadə bildirib.


Şahanə Rəhimli
AzVision.az