Şəmkirdə polisə bıçaqla hücum etdi, atəş açıldı

Yol polisi sürücüyə yaxınlaşaraq, özünü təqdim etmiş, saxlama səbəbini izah edərkən, sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi barədə əsaslı şübhələr yaranıb. Polis əməkdaşının müvafiq sənədləri və həkim müayinəsi tələbinə tabe olmayan Şəmkir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Hüseynov özünəməxsus cib bıçağı ilə polis əməkdaşına xəsarət yetirməyə çalışıb. Aparılan profilaktiki söhbət fayda vermədiyindən polis əməkdaşı tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sürücü tərki silah edilərək, saxlanılıb və Şəmkir rayon Polis Şöbəsinə təhvil verilib.
AzVision.az
Teqlər: