Tezliklə İsraildə səfirliyimiz açılacaq

Bəs, səfirliyin açılması nə vaxta təsadüf edəcək?
İsrailli siyasi ekspert David Gendelman Modern.az-a açıqlamasında bildirib ki, yaxın zamanda Azərbaycanın İsraildə səfirlik açacağına ümid edir.
“İsrail mətbuatında tez-tez Azərbaycanın yaxın zamanda səfirlik açacağını oxuyuruq. Bu prosesin sürətlənəcəyini gözləyirik. İranın Qafanda Baş konsulluq açmasına Azərbaycanın İsraildə səfirlik açması yaxşı cavab olacaq. Bu, həm də siyasi olaraq güclü cavabdır. Azərbaycanın İsraildə səfirlik açması üçün heç bir əngəl yoxdur”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, Milli Məclisdə də deputatlar tərəfindən ölkəmizin İsraildə səfirlik açması məsələsi qaldırılıb və təklif parlamentarilər tərəfindən dəstəklənib. Xatırladaq ki, İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
AzVision.az
Teqlər: