Noyabrın 7-9-da "ASAN xidmət"də qeyri-iş günü olacaq

   Noyabrın 7-9-da "ASAN xidmət"də qeyri-iş günü olacaq
  06 Noyabr 2022    Oxunub:1007
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-9-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti