Vətən müharibəsində 44 tibb işçisi şəhid olub

   Vətən müharibəsində 44 tibb işçisi şəhid olub
  07 Noyabr 2022    Oxunub:601
Zəfər Gününün ikinci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bu barədə AzVision.az -a Səhiyyə Nazirliyindən bildirilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb və ruhlarına dualar oxunub.

44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.



AzVision.az


Teqlər:





Xəbər lenti