Qubada silah-sursat aşkarlandı

Qubada silah-sursat aşkarlandı
  07 Noyabr 2022    Oxunub:755
Qubada silah-sursat aşkarlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən rayonun Qəşreş kəndi ərazisində Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti